“Şəhərsalma və Memarlıq İli” çərçivəsində 20 Sentyabr - Dövlət Suverenliyi Günü və “Neftçilər Günü” münasibətilə Yasamal rayonunda “Milli suverenlik və neft strategiyası” adlı tədbir keçirilib.
YAP Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti və “Neftqazelmitədqiqatlayihə” İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə AR ETN Coğrafiya İnstitutunun YAP ilk ərazi partiya təşkilatının fəal üzvləri Məhbubə Fətullayeva və Tünzalə İsmayılova iştirak ediblər.
Tədbirdən əvvəl iştirakçılar Şəhidlərin Xatirə Kompleksini ziyarət edib, şəhidlərin əziz xatirəsini yad ediblər. Daha sonra Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb.
Tədbirdə Dövlət Suverenliyi və Azərbaycanın neft strategiyasına dair çıxışlar dinlənilib, mövzu ilə bağlı videoçarx nümayiş etdirilib.