E.Əlizadə Vladiqafqaza ezam olunub Okt 19, 2015 | 11:10 / TƏDBİRLƏR

Coğrafiya İnstitutun elmi işlər üzvə direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə və aparıcı elmi işçi, c.ü.f.d. Starə Tarixazər oktyabrın 21-dən 23-dək “Elm, təhsil, mədəniyyət və məlumat-maarifləndirmə fəaliyyəti dağlıq ərazilərin dayanaqlı inkişafının əsasıdır” mövzusunda keçirilək VIII Beynəlxalq konfransda iştirak etmək üçün Rusiya Federasiyasının Şimali Osetiya-Alaniya Respublikasına ezam olunublar.

YUNESKO, Rusiyanın Təhsil və Elm Nazirliyi və digərlərinin  təşkilatçılığı ilə Vladiqafqaz şəhərində keçiriləcək  tədbirdə MDB ölkələrindən yüzlərlə alim-mütəxəssis iştirak edəcək. Konfransın işi dağlıq ərazilərin dayanaqlı inkişafında yerli özünüidarəetmənin rolu, elm, təhsil, mədəniyyət, demoqrafiya, səhiyyə sahəsində problem və nailiyyətlər, turizm-rekreasiya, ətraf mühitin qorunması və s. istiqamətlərdə keçiriləcək.

Elbrus Əlizadə və Starə Tarixəzər konfransda birgə yazdıqları “Böyük Qafqazın cənub yamacının dağlıq geosistemlərində sel proseslərinin inkişafında yüksəklik-landşaft asılılığı” və “Böyük Qafqazın Azərbaycan hissəsində sürüşmə prosesləri inkişafının antropogen-dinamik xüsusiyyətləri” mövzularında məruzələrlə çıxış edəcəklər.