AMEA Coğrafiya İnstitutu Elmi seminarının növbəti iclasında c.ü.e.d. Yelena Tağıyevanın “Təbii şəraitin dəyişməsi və onun insan məskunlaşmasına və təsərrüfat fəaliyyətinə təsiri (Azərbaycan neolit dövrünün yaşayış yerləri timsalında)” (rus dilində) mövzusunda məruzəsi dinlənilib.
Tədqiqatçı bildirib ki, 1960-cı ildə Qafqazın ən qədim Paleolit düşərgələrindən biri olan Azıx mağarası aşkar olduqdan sonra Azərbaycan ərazisi Afrikadan Avropaya köç edən erkən hominidlərin miqrasiya yollarından birinə daxil edilmişdir. Bu hipoteza Qafqazda bir sıra erkən paleolit dayanacaqlarının - Gürcüstanda Dmanisi, Mərkəzi Dağıstanda Aynikab, Muxkay, Qeqalaşur, Azərbaycanda Tağlar, Qazma, Buzeyir, Damçılı, Qaraca, Cimcimax - aşkarlanmasından sonra öz təsdiqini bir daha tapmışdır. Əlverişli təbii şərait - rütubətli subtropik iqlim, zəngin faunalı savanna tipli landşaftlar (dəvəquşular, kargədanlar, fillər, hipporionlar) Azərbaycan ərazisində Eopleystosen və Erkən Neopleystosendə (1,7-0,700 min il əv.) ilk azixantropun meydana gəlməsinə və sonradan məskunlaşmasına şərait yaratmışdır.
Məruzəçi qeyd edib ki, Holosenanın əvvəlində (10-11 min il qabaq) təkcə Qarabağ düzənliyinin zəbt olunmamış ərazisində 2010-1013-cü illərin arxeoloji ekspedisiyası nəticəsində neopolit məskunlaşmanın 169 arxeoloji obyekti qeydə alınıb.