AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları - “İnsan coğrafiyası” istiqamətinin rəhbəri, c.ü.e.d. Zakir Eminov, “Landşaftşünaslıq və landşaft planlaşdırılması” şöbəsinin rəhbəri, c.ü.f.d. Mirnuh İsmayılov və “İqlim və aqroiqlimşünaslıq” şöbəsinin aparıcı elmi işçisi, c.ü.e.d. Səid Səfərov fevralın 21-dən 24-ədək Neftçala şəhərində ezamiyyətdə olmuşlar.
Tədqiqatçılar Neftçala rayonunun sosial-iqtisadi inkişafı, Kür çayının müasir vəziyyəti və ekoloji problemlər haqqında məlumatlar əldə etmiş, çirkləndirici mənbələri, əsas sənaye müəssisəsi olan Yod-Brom Zavodunun ətraf mühitə vurduğu ziyanları müəyyən etmiş, əhali arasında sorğular keçirmiş və əldə etdikləri məlumatların təhlilini aparmışlar.