AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri növbəti dəfə Yasamal rayonunun N.Tusi adına 173 saylı orta məktəbində fəaliyyət göstərən “Kiçik Akademiya”nın yarımillik hesabat yığıncağında iştirak ediblər.
Cİ-nin əməkdaşı Gülsarə İmanova rəhbərlik etdiyi “Kiçik Akademiya”nın hesabatında cari ilin birinci yarısında görülən işlərdən, çöl tədqiqatlarından, yuxarı sinif şagirdlərinin əldə etdikləri təcrübələrdən, elmi yeniliklərə əsasən müxtəlif mövzularda hazırladıqları təqdimatlardan, “İnsan sağlamlığına ətraf mühitin təsiri”, “Səma cisimləri, ulduzlar aləmi” və s. bu kimi təşkil olunan tədbirlərin uğurla keçdiyindən danışıb.
GAMŞ-ın sədri, c.ü.f.d. Samirə Ələkbərova və İnstitutun kiçik elmi işçisi Fəridə Talıbova şagirdlər qarşısında çıxış edərək onlara öz tövsiyələrini veriblər.
Tədbir istedadlı və xüsusi bacarığa malik şagirdlərin çıxışı ilə davam edib.
Sonda məktəbin direktoru Sitarə Abbasova gənc alimlərə təşəkkürünü bildirib, AMEA Gənc Alim və Mütəxəssislər Şurası ilə birgə təşkil olunan tədbirlərin, elmi araşdırmaların şagirdlərdə elmə olan marağın artmasında, onların peşə seçimində mühüm rol oynadığını diqqətə çatdırıb.