2020-ci il üçün tədqiqat işlərinin planı təsdiq edilib Dek 25, 2019 | 05:12 / ELMİ İCLASLAR

Akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Elmi şuranın növbəti iclasında Coğrafiya İnstitutunun 2020-ci il üçün elmi-tədqiqat işləri planının müzakirəsi keçirilib.

İnstitutun elmi katibi, c.ü.f.d. Zərnurə Həmidova şöbələrin cari ildə bitmiş elmi-tədqiqat işlərinin yerinə 2020-ci il üçün yeni mövzuları təqdim edib.

Müasir  iqlim  dəyişmələri  fonunda  Azərbaycanın iqtisadi-coğrafi rayonları  iqlim ehtiyatlarının və  sinoptik proseslərin qiymətləndirilməsi (2020-2025-ci il) mövzusu üzrə   “Böyük və Kiçik Qafqaz ərazilərində yerləşən  iqtisadi - coğrafi rayonların gözlənilən iqlim ehtiyatları və sinoptik proseslərin qiymətləndirilməsi (2020-2022-ci illər)”;

  Azərbaycanın Xəzərsahili düzən torpaqlarının təbii və antropogen deqradasiyası və ona qarşı mübarizə tədbirləri mövzusu üzrə “Abşeron-Astara arası Xəzərsahili düzən ekosistemlərində torpaqların təbii və antropogen deqradasiyası və səmərəli istifadəsi (2020-2021-ci illər)” və “Azərbaycan ərazisində mövcud və yeni salınmış yaşıllıqların inkişaf perspektivləri (2020-2022-ci illər)” elmi tədqiqat işlərinin mövzuları təsdiq edilib.