Tanınmış iqlimşqnas alimlər haqqında kitab nəşr olunub Sen 07, 2020 | 12:09 / YENİ NƏŞRLƏR

Şöbə müdirləri, coğrafiya üzrə fəlsəfə doktorları  Abil Haqverdiyev və Xəyyam Rəhimovun müəllifliyi ilə AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun yeni nəşri çap olunub.

 “Azərbaycanın tanınmış coğrafiyaçı-iqlimşünas alimləri” adlanan monoqrafiyada Azərbaycanda coğrafiya elminin, o cümlədən iqlimşünaslıq elminin əsasını qoymuş görkəmli tədqiqatçı, professor V.İ.Fiqurovskinin, ölkəmizdə istilik balansının tədqiqatçısı və atlasın müəllifi, EA-nın müxbir üzvü Ə.M.Şıxlinckinin, Azərbaycanda meteoroloji-sinoptik proseslərin elmi-metodoloji əsasını qoymuş və onların genetik təsnifatını işləyib hazırlamış professor Ə.A.Mədətzadənin və kompleks iqlimşünaslığın və aqroiqlimşünaslığın inkişafında böyük xidmətləri olmuş  professor Ə.C.Əyyubovun həyat və yaradıcılıqları, elmi-metodoloji konsepsiyaları, fikir və ideyaları öz əksini tapıb.