Demoqrafiya və əhali coğrafiyası  

Tel.:

(+994 12) 5393361

Faks:

 

Elektron poçtu:

[email protected]  

Şöbənin  rəhbəri:

c.e.d., dosent   Eminov Zakir Namin oğlu

İşçilərin ümumi sayı:

13

Əsas fəaliyyət istiqamətləri:

Azərbaycanda əhalinin ümumi demoqrafik və geodemoqrafik inkişafı (təbii artımı, miqrasiyası, sayının dinamikası və s.), əhalinin məskunlaşma xüsusiyyəti və tendensiyasının müəyyənləşdirilməsi, yüksəklik qurşaqları üzrə yerləşməsinin tədqiqat işləri aparılır. Əhalinin səmərəli ərazi təşkili istiqamətləri araşdırılıb müəyyənləşdirilir.

Əsas elmi nəticələri:

Tədqiqatlar nəticəsində əhalinin formalaşma və inkişaf qanunauyğunluqları öyrənilmiş, geodemoqrafik inkişafın regional xüsusiyyətləri müəyyənləşdirilmişdir. Əhalinin formalaşma mənbələri olan təbii və mexaniki hərəkətin inkişafı sosial-iqtisadi inkişafla bağlı tədqiq edilmiş, onların qarşılıqlı əlaqəsi və asılılığı araşdırılmışdır. Əmək ehtiyatlarının istehsal sahələri üzrə bölgüsü, məşğulluğun səviyyəsi, həyat səviyyəsi və sosial şəraitin demoqrafik proseslərə təsiri öyrənilmişdir. Onun əsasında perspektiv demoqrafik inkişafın və onun regional tənzimlənməsinin iqtisadi-coğrafi yolları işlənib hazırlanmışdır.

Ən mühüm regional problemlərdən biri kimi Azərbaycanın iqtisadi-coğrafi reyonlarının kompleks tədqiqi işləri aparılmışdır. Hər bir iqtisadi-coğrafi rayonun mənimsənilmə, demoqrafik və məskunlaşma xüsusiyyətləri tədqiq edilmiş, təbii-coğrafi və sosial-iqtisadi şəraitin bu prosesə təsiri müəyyənləşdirilmişdir. Əhalinin yüksəklik qurşaqları üzrə yerləşməsi və məskunlaşması xüsusiyyəti öyrənilmiş və onun dinamikası aydınlaşdırılmışdır. Bu da əhalinin ölkə ərazisində səmərəli məskunlaşdırılması, xüsusən də dağlıqla-düzən, Abşeronla-kənd yerləri arasında yerləşməsinin tənzimlənməsi istiqamətlərinin müəyyənləşdirilməsinə imkan vermişdir. Əhalinin məskunlaşması xəritələri tərtib edilmişdir.